Zəhərləyən alkoqol nədən hazırlanır? – VİDEO

09 2020 15:47

Mağaza və restoranlarda saxta spirtli içkilər artıb. Bugünlərdə həmin içkidən istifadə edən 3 nəfər dünyasını dəyişib, 1 nəfərin isə gözləri tutulub.

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

Eyyub Hüseynov – AİB-in Sədri: “Çoxsaylı brend markalar adı altında əslində saxta, naməlum mayedən hazırlanan içkiklər satılır. 
Belə içkilər əlbəttə birmənalı olaraq, qiymətdə nisbətən ucuz olur. ətrafa atılmış şüşələr yığılır. Təzədən onlara qablaşdırılır. Etiketlər təzələnir. Bu cür içkilər bazarda var”.

Bu cür spirtli içkilərin əksəriyyətinin üzərində heç saxlanma müddəti də qeyd olunmur. Belə saxta araqlar isə bir çox hallarda zirzəmilərdə, bəzən də yaşayış evlərində kustar üsulla hazırlanır.

Müşfiq İsgəndərov – Ekspert: “Bahalı və insanlara bir qədər alınması çətin olan məhsullar pirat halında növbəti dəfə istehsal olunur. Məhsulların tərkibində istifadə olunmuş inqridientlər doğru və lazımlı məhsullar olmalıdır. 
Bəzən əvəzləyicilərdən isitfadə olunur”.

Eyyub Hüseynov – AİB-in Sədri: “Bu cür hazırlanmış saxta içkilərin tərkibində adətən sivuş yağlarının miqdarı həddən artıq çox olur. Bir anda onu içən insanı kor edə bilər”.

Saxta spirtli içkilər hazırlanarkən onların tərkibinə daha ucuz başa gələn metil spirti qatılır. Bu da zəhərlənməyə və ağır xəstəliklərin yaranmasına gətirib çıxarır.

Yalçın Abuzərov – Həkim: “Metil spirtinin 1-ci növbədə qaraciyərə toksiki təsiri, qaraciyər çatışmazlığına gətirib çıxarması, kəskin mədəaltı vəzin sıradan çıxması, ağır patalogiyalara gətirib çıxara bilər. Bu qaraciyər çatışmazlığı və beyin əlamətləri ilə özünü biruzə verə bilər”.

Spirtli içkilərin məsuliyyətsiz və təhlükəli səviyyədə istifadəsi nəticəsində baş verən xəstəliklər digər bütün xəstəliklərin 4.5%-ni təşkil edir.

Yalçın Abuzərov – Həkim:
 “Üzüm və cürbəcür meyvələrdən çəkilən, süni yollarla çəkilən araqların tərkibində efir yağları olur. Efir yağlarının özünün də böyük mənfi təsirləri var”.


İstər kustar olsun, istərsə də zavod istehsalı. Spirtli içkinin mütəmadi və dozadan artıq istifadəsi tövsiyyə olunmur.