“Uşaqları da götürüb çıxdıq” – Zəlzələdən qorxan sakinlər evlərini tərk etdi - VİDEO

12 2019 16:46

Şamaxı yenə silkələnib.

ARB TV xəbər verir ki, əvvəlki zəlzələnin təsirindən təşvişə düşən sakinlər evlərini tərk edərək küçələrə çıxıb.

Ötən gün axşam saatlarında yeraltı təkanlar Şamaxıda iki dəfə hiss edilib. Zəlzələdən sonra rayon sakinləri evlərini tərk edərək küçələrə axışıblar.

Sakin: “Çörək yeyiridk. Yenə zəlzələ oldu. Uşaqları da götürüb çıxdıq”.

Sakin: “Yenə zəlzələ oldu. Tez qaçaraq çıxdıq çölə”.

Zəlzələdən sonra qorxuya düşərək küçədə olan sakinlərlə rayonun icra başçısı Tahir Məmmədov söhbətləşib. Sakinlərin sözlərinə görə icra başcısı, mümkün qədər gecəni binada keçirməməyi tövsiyə edib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ yerli vaxtla 19:29-da Pirqulu seysmik stansiyasından 9 kilometr qərbdə Ağsu rayonunun ərazisində qeydə alınıb. 
Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda 3 bala qədər hiss olunub. FHN-dən isə bildirilib ki, təkanlardan sonra hər hansı dağıntı baş verməyib.