“Döyüb öldürürdülər, zorla meyitimi çıxardılar” – Odun üstündə kütləvi dava – VİDEO

11 2019 12:59

Oğuz rayonunda kütləvi dava zamanı biri ağır olmaqla, iki nəfər xəsarət alıb.

ARB TV xəbər verir ki, Oğuz Rayon Mərkəzi Xəstəxanasına rayonun Calut-1 kənd sakini 31 yaşlı Zamin Quliyev və Calut kənd sakini 26 yaşlı Sərvər Xamdiyev bədən xəsarətləri ilə daxil olublar.

Müayinə zamanı Z.Quliyevə əlin üçüncü barmağının kəsiyi diaqnozu qoyulub və o, xəstəxanaya yerləşdirilib. Qapalı kəllə-beyin travması alan 26 yaşlı S.Xamdiyev isə Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Onlar aralarında yaranan mübahisə zamanı bir-birilərinə xəsarət yetiriblər. 

Zamin Quliyev – 
Zərərçəkən: “Getdim odun gətirməyə, dedi, kim idi çağıran? dedim, biz idik, dedi, yaxşı, çıxdı getdik. Sonra əmisinin yoldaşı, 3, 4 nəfər də başqa uşaqlar ilə əllərində lom, “mantirovka” ilə məni vurmağa başladılar. Döyüb öldürürdülər, zorla meyitimi oradan çıxardılar. Əlimi qabağa verdim ki, sifətimə dəyməsin, boynumun arxasına vurandan sonra huşum gedib heçnə xatırlamıram”.

Elimira Həsənqızı – 
Zərərçəkənin anası: “Gedib qapımıza odun alıb gətirməyə. Tökülüb körpəmi ölürmək istəyiblər. Oğlumun paltarı qan içindədir”.

Davanın daha 2 iştirakçısının da polis tərəfindən saxlanıldığı bildirilir. Faktla bağlı araşdırmalara başlanılıb.