“Demişdim ki, içmə, səni öldürəcəm” – Atasının həyatına son qoyan oğulun “qisas”ı – VİDEO

24 Dekabr 2018 16:35
ARB TV-nin “Rezonans” proqramı budəfə atasını öldürərək həbsə düşən Mehdi Cəlilovun həyat hekayəsini yayımlayıb.


Mehdi Cəlilov – Məhkum: “Öz atamı qətlə yetirmişəm. Bir bacı, bir qardaş idik. Anamız baxırdı, atamız baxmırdı. Anamın həmişə gözü yaşlı idi. Atam içki düşkünü olub. Anamı döyərdi, dava edərdi. Məndə yığıldı bu stress atamı öldürdüm. Həmişə deyərdik ki, içmə. Evi sındırıb dağıdırdı. Nə qazanırdı içkiyə verirdi. Çox hirslənirdim. Deyirdim ki, böyüyəcəm qisas ala biləcəm. Atam həbsxanaya düşdü. Çıxandan sonra 2 bacım, 1 qardaşım da dünyaya gəldi. Ailəmiz artdı. Atam içkini yerə qoymurdu. Taksi işləyirdi. İçirdi, özünü idarə edə bilmirdi. Anam işləməyəndə dayılarım, əmilərim kömək edirdi. Özümüz də işləyirdik. İşdən gəldim ki, atam içib evi dağıdıb. Getdim maşın dayanacağına ki, dostlarıyla içir. Çağırdım ki, çölə çıx işim var səninlə. Dedi ki, yox. Mən yenə dedim, yox dedi. Onda əsəbiləşdim cinayəti törətdim. Özünə demişdim ki, səni öldürəcəm, içmə. Vicdan əzabı çəkirəm. Doğma atamdı. Amma həm peşmanam, həm də peşman deyiləm. Ailəmi xilas etmişdim. Qıraqdan baxıb qınayanlar bilmirlər ki, niyə öldürmüşəm. Bundan sonra ailədə mənə münasibət dəyişdi. Bacılarım danışmadı, qardaşım danışmadı. Axı onların atasını öldürmüşdüm. 2 il yarımdan sonra balaca bacımı görmüşəm. O biri bacımı görməmişəm. Söz verib ki, gələcəm yaxınlarda. Bu yaxınlarda bacımın xeyir işi olacaq. İstəyərdim ki, orada olum. Həyat belə yazılıb, belə də olmalıydı. İstəmirlər mənimlə barışmaq ,amma anam istəyir. Bacılarıma demək istəyirəm ki, yanıma gəlin. Onları görmək istəyirəm”.