“Meyxananı it boğuşmasına çeviriblər” – Vüqar Əbdülovdan həmkarlarına SƏRT İSMARIC - VİDEO

24 Dekabr 2018 14:42

ARB TV-nin “Boş anlar” verlişininin növbəti qonağı meyxanaçı Vüqar Əbdülov olub.

Vüqar Əbdülov hazırki meyxananın durumunu dəyərləndirib: 

“Əliağa Vahidin yazılarını oxuyursan, görürsən ki, Hitlerə qarşı, atanın oğula nəsihəti və başqa şeirlər yazıb. Bunların hamısında elə gözəl aktyorluq, elə gözəl satira var ki... İndi meyxanadan satiranı çıxardıblar. Çox üzr itəyirəm, meyxananı it boğuşması, xoruz döyüşməsinə gətirib çıxarıblar. Elə bil ki, əlbəyaxa döyüş növünə çeviriblər. Vay o günə ki, birinin zəif yerini bilələr. Başlayırlar onu tez-tez deməyə. Tərif və ya tənqid etsən bir neçə adamın dilindən danışmaq lazımdır. Öz fikrini desən tamaşaçı üçün maraqlı olmayacaq”.