Şəbnəm Tovuzlunun nikah şəhadətnaməsi MAŞININDAN ÇIXDI – VİDEO

29 Oktyabr 2018 19:22
ARB TV-nin Show news” verilişində “Məşhurların maşınları” rubrikasının növbəti qonağı müğənni Şəbnəm Əsədova (Tovuzlu) olub.

Gözəllik salonundan çıxan müğənninin maşını da gözəl idi.

Rubrikada qonaq olduğunu bildirəndə “Burada nə var ki?” deyən Şəbnəm Tovuzlu hələ bilmirdi ki, onun başına nə oyun gələcək:

“Maşınım təmizlənməyib, rayondan gəlmişəm dünən. Qiymətə gələndə də, əvvəlkisi çox balaca idi, yerlə gedirdi. O maşını 130 minə sata bilərdim, tələsib 90 minə satdıq. 40 minə qədər ziyan oldu”.

Atdan düşüb uzunqulağa minməyi sevməyən Şəbnəm Tovuzlunun yeni avtomobili əvvəlkindən nə az, nə çox 50 min dollar bahadır. Amma müğənni kredit götürdüyünü də gizlətmədi:

“Bu maşının qiyməti 150 mindir. 90 mini verdim, qalanını bankla hər ay 5000 verirəm
.

Avtomobili ələkdən keçirmək istədik ki, əlimizə həyat yoldaşı Həcinin əşyaları və nikah şəhadətnaməsi gəldi. Sənədlərinin ələ keçməsindən çəkinən ifaçı hər cəhdlə onları gizlətməyə çalışdı. Elə ki, iş gəldi maşının 
kapotunu açmağa sənətçi əməlli başlı əlləşdi, amma ortaya heç nə çıxmadı:

“Aça bilmirəm, məni pərt eləməyin. Qolum qırıldı”.

Şəbnəm Tovuzluya “maşını sürətli sürməyi sevirsiz?” sualına isə sənətçi belə cavab verdi:

“Hə, xoşlayıram sürətlə sürməyi. Amma axırıncı dəfə qəza olub, bir az ağlım başıma gəlib. Çalışmışam çox sürətli sürməyim. 4-5 il bundan qabaq olan çılğınlığım yoxdur”.