Qardaşını xəstəxanaya apararkən qəzaya düşdü: 2 ölü – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR – VİDEO

01 2018 10:30

Salyan rayonu Yenikənd kəndi ərazisində ağır yol qəzaları baş verib. 

ARB TV xəbər verir ki, rayonun Həsənli kənd sakini Şəmil Vəliyevin idarə etdiyi “Vaz-2107” markalı avtomobillə həmkəndlisi, 39 yaşlı İlham Ataşovun idarə etdiyi “Ford” markalı kiçik tutumlu yük maşını toqquşub.

“Jiquli”də olan sərnişin, rayonun Qaradili kənd sakini 60 yaşlı İbad Şikarov hadisə yerində dünyasını dəyişib. 

Sürücü ağır dərəcəli müxtəlif bədən xəsarətləri alıb. Hadisə yerinə gələn “Vaz” markalı avtomobilin sürücüsünün qardaşı Mahir Vəliyev özünə məxsus “Mercedes” markalı avtomobillə Şəmil Vəliyevi Salyan RMX-ya çatdırmaq istəyib. Onun avtomobili isə şəhərin köhnə bazar məhəlləsində “Priora” markalı maşınla toqquşub və işıq dirəyinə çırpılıb. 

Xəsarət alan olmasa da xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək olmayıb.

Hər iki meyit müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin Salyan Rayon Şöbəsinə təhvil verilib. Həkim isə xəstənin yolda keçindiyini bildirib. 

Hadisə ilə bağlı araşdırmalar aparılır.