Paytaxtın Nərimanov rayonunda yol qəzası baş verib. ARB TV xəbər verir ki, Təbriz küçəsində yolu keçmək istəyən 44 yaşlı Saleh Əhmədov 202 saylı marşrut avtobusu tərəfindən vurulub. Ağır xəsarətlər alan piyada xəstəxanaya çatdırılıb. Yaralıya tibbi yardım göstərilib. Hadisəni törədən sürücü saxlanılıb, avtobus isə cərimə meydançasına yerləşdirilib. Faktla əlaqədar avtotexniki ekspertiza təyin olunub, araşdırmalar davam edir.